Yanğın baş verən binanın 25 sakininə şəxsiyyət vəsiqəsi verildi
Paylaş
69 baxış·1 dəq oxu
Ölkə Prezidentinin tapşırığına əsasən, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən cari il mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olmuş vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.