“Report” xəbər verir ki, bu barədə “Sky Sport”a qurumun nümayəndəsi məlumat verib.
Bildirilib ki, UEFA əvvəlki təqvimi qorumaq və oyunları planlaşdırıldığı eyni şəhərlərdə keçirmək niyyətindədir: “Ancaq matçların təqvimi rəsmən təsdiqlənməyib. UEFA bütün 12 ev sahibi şəhərlərlə əlaqə saxlayır. Daha sonra əlavə məlumatlar veriləcək”.
Qeyd edək ki, daha öncə AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayının azala biləcəyi yazılıb. Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.