Daşkənd, 25 may, AZƏRTAC
Daşkənddə bədii gimnastika üzrə dünya kubokunun növbəti mərhələsi və “Happy Caravan – 2015” beynəlxalq turniri keçirilib.
Azərbaycan gimnastları Ayşən Bayramova və Elif Zeyneb Celeb çoxnövçülük üzrə yarışlarda uğurla çıxış ediblər.
Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda Azərbaycan, Argentina, Belarus, Yaponiya, Rusiya, İtaliya, Koreya Respublikası, Bolqarıstan, Malayziya, İspaniya, İsrail və digər ölkələrdən gimnastlar mübarizə aparıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd