Ronaldo keçmiş komandasına qayıtmağa hazırlaşır

İki mövsüm əvvəl 117 milyon avroya "Real Madrid"dən "Yuventus"a transfer olunan Kristiano Ronaldo bu yay transfer pəncərəsində yenidən keçmiş klubuna qayıtmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, "Express.co.uk"da yer alan xəbərə görə, "Yuventus" portuqaliyalı ulduzu satmağa qərar verib. 35 yaşındakı Ronaldo üçün 60 milyon avro bonservis müəyyən edilib. Xəbərdə bu pulun "Real Madrid" tərəfindən ödəniləcəyi bildirilib.

Ronaldonun Portuqaliya millisindəi komanda yoldaşı Joza Fonte də onun "Real Madid"ə qayıdacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR