Çəyirtkə "işğalı": Ərzaq çatışmazlığı gözlənilir - Qonşumuz təhlükədə

Çəyirtkə "işğalı": Ərzaq çatışmazlığı gözlənilir - Qonşumuz təhlükədə
18:17 11 Aprel 2020
372 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasına baxmayaraq, Şərqi Afrika ölkələrində çəyirtkələrin sürətlə artımının qarşısının alınması ilə bağlı işlər davam etdirilir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamasında deyilib.

Bildirilib ki, 10 ölkədə 240 min kv/metrlik əraziyə dərman səpilib və bununla bağlı 750 insan təlimatlandırılıb.

Xüsusilə, Keniya, Somali və Efiopiyada vəziyyətin daha acınacaqlı olduğu deyilib:

"Yoxlamalar sürətləndirilməsə, yağıntılı dönəmdə çəyirtkələr 20 dəfə artacaq və hazırda ərzaq çatışmazlığından əziyyət çəkən şərqi afrikalılar üçün vəziyyət daha da pisləşəcək".

Açıqlamada Yəmən və İranın da bu təhlükə ilə qarşılaşacağı istisna edilmir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR