XİN Yəməndə atəşkəsin elan edilməsini alqışladı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşkəsi alqışlayır.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

"Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək", - deyə XİN bəyan edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR