Koronavirusla bağlı ŞOK XƏBƏR: ikinci dalğası bu tarixdə başlayacaq və...

Koronavirusla bağlı ŞOK XƏBƏR: ikinci dalğası bu tarixdə başlayacaq və...
13:23 13 Aprel 2020
Ölkə mətbuatı
A- A+

2020-ci ilin noyabr ayında dünyada koronavirusun ikinci, amma daha zəif dalğası baş verəcək.

Publika.az-ın CNN-in Sina platformasına istinadən verdiyi məlumata görə, bu barədə Şanxaydakı "Huaşan" xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin direktoru, COVID-19 müalicə ekspert qrupunun rəhbəri Çjang Venxun proqnoz verib.

"Epidemiyanın növbəti dalğasının noyabr ayında başlayacağını gözləyirik. Riyazi modellər bəşəriyyətin virusu yayda məğlub etməyəcəyini göstərir, çünki ölkələrdə yeni infeksiyalar qeydə alınmağa davam edir. Ümumiyyətlə, epidemiyanın ikinci dalğası daha az ziyan vuracaq, lakin Afrika və Cənubi Amerikanın bəzi ölkələrində dərman çatışmazlığı səbəbilə çox çətin olacaq".

Aprelin 12-də Çinin baş epidemioloqu Çjun Nanşansa ölkədə ikinci koronavirus dalğasının baş vermə ehtimalını qiymətləndirib. Onun sözlərinə görə, digər ölkələrdən idxal və yoluxma riskinin olmasına baxmayaraq, yeni genişmiqyaslı yoluxma ehtimalı olduqca azdır. Bunu Çinin çox ciddi önləyici tədbirlər görməsi ilə izah edib.

Son məlumatlara görə, dünyada 1,9 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 114 mindən çox insan həyatını itirib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/310594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR