Azərbaycanda atanın iki azyaşlı övladını otladaraq çəkib paylaşdığı video sosial şəbəkədə müzakirəyə səbəb olub.

Metbuat.az verir ki, bu barədə "Xəzər" televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində də araşdırma aparılıb. Videonu çəkən şəxsin 42 yaşlı İkran Xudiyev adlı şəxs olduğu məlum olub. 4 uşağının və 2 nəvəsinin olduğunu deyən İkram Xudiyev canlı yayıma bağlanaraq məsələyə belə aydınlıq gətirib:

"Biri mənim oğlumdur, biri qardaşımın uşağıdır. Qardaşımn da bu videonun çəkilməsindən xəbəri var. Uşağın 12 yaşı var, onun özü də belə maraqlı videolar çəkir, paylaşımlar edir. Belə maraqlanırsızsa, bu uşaqların gələcəyi ilə də maraqlanın, bu uşaqları irəli çəkin, görün necə ssenarilər yazırlar, rollar oynayırlar bu uşaqlar".