Mane “Real”a keçsə, "Liverpul" Mbappeni transfer edəcək

Mane “Real”a keçsə, "Liverpul" Mbappeni transfer edəcək
07:42 14 Aprel 2020
182 Digər
Ölkə mətbuatı
A- A+

"Liverpul" PSJ-nin hücumçusu Kilian Mbappenin alınması üçün mübarizəyə qoşula bilər.
“Report” xəbər verir ki, bu barədə “The Sun” bildirib.
Məlumata görə, seneqallı hücumçu Sadio Mane yay transfer pəncərəsinə Madrid "Real”ına keçsə, "Liverpul" Mbappeylə danışıqlara başlayacaq. Qeyd edək ki, Manenin "Kral klubu”nun əsas transfer hədəfi olması barədə məlumatlar yayılıb.
Mane İngiltərə çempionatının cari mövsümündə "Liverpul"da 26 matçda 14 dəfə fərqlənib, habelə 7 məhsuldar ötürmə edib. Onun hesabında həmçinin Çempionlar Liqasının 8 oyununda 2 qol var.
Mbappe isə öz növbəsində Fransa çempionatı çərçivəsində 20 matç keçirib və 18 qol vurub. Hücumçu həmçinin 5 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasında 7 matçda 5 qol var. Futbolçunun klubla indiki razılaşması 2022-ci ilə qədər nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mane-real-a-kecse-liverpul-mbappeni-transfer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR