Cənubi Sudanda sarı qızdırma epidemiyası alovlana bilər.

Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb. Məlumata görə, Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırmaya rast gəlinib.

DƏHŞƏTLİ XƏBƏR: Daha bir epidemiya -

Sarı qızdırma xəstəliyini yayan Hemaqoqus adı verilən ağcaqanadlardır. 2500 metrə yaxın məsafədən bu xəstəlik yayıla bilir.

DƏHŞƏTLİ XƏBƏR: Daha bir epidemiya -

Bildirilib ki, bölgədəki səhiyyə sisteminin zəifliyi və müşahidə mexanizminin olmaması epidemiyanın böyüməsinə səbəb ola bilər.

Qeyd edək ki, xəstəliyin endemik ocağı Afrika hesab edilir. ÜST-nin məlumatına görə, bu xəstəliyə ildə 200 minədək insan yoluxur, onlardan 30 mini ölür.