Daha bir ölkədə koronavirusdan ilk ölüm yaşandı

Daha bir ölkədə koronavirusdan ilk ölüm yaşandı
10:03 15 Aprel 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Qvineya Respublikasında koronavirusdan ilk ölüm qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, paytaxt Konakridə yaşayan 75 yaşlı Livan vətəndaşı infeksiya səbəbilə dünyasını dəyişib.

Qvineyada son sutka ərzində 44 yeni yoluxma faktının aşkarlanması ilə xəstə sayı 363 olub. Onlardan 31-i sağalıb.

Ölkə miqyasında açıq məkanda maska taxmaq məcburidir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/310813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR