Dəhşətli qəza: havada “uçan” avtomobil enişi qəbirstanlığa etdi - VİDEO

Dəhşətli qəza: havada “uçan” avtomobil enişi qəbirstanlığa etdi - VİDEO
17:22 16 Aprel 2020
309 Dünya
Ölkə mətbuatı
A- A+

Qəza nəticəsində avtomobilin havada "uçma" görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Polşada qeydə alınıb.

Kadrlarda, "Suzuki Swift" markalı avtomobilin sürətlə hərəkətdə olduğu və yol kəsişməsindəki dairənin səkisinə çırpılaraq havaya qalxdığı görülür.

"The Sun" portalının məlumatına görə, havaya qalxan avtomobil enişi qəbirstanlığa edib.

Qəza nəticədə 41 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onu avtomobildən xilasedicilər çıxarıblar. Yaralı, hadisə yerinə cəlb edilən ambulansla xəstəxanaya çatdırılıb. Sürücünün sərxoş olduğu ehtimal olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR