Qurbanlarını üzr istəyərək edam edirdi - Cəlladlıq onun ikinci işi idi - FOTO

Qurbanlarını üzr istəyərək edam edirdi - Cəlladlıq onun ikinci işi idi - FOTO
18:27 16 Aprel 2020
308 Dünya
Ölkə mətbuatı
A- A+

Körpüdə görünəndə bütün şəhər pis bir hadisənin baş verəcəyini bilirdi. 1870-ci ilə qədər Romada hələ də papanın mütləq hakimiyyəti hiss edilirdi. Hələ də xalqın izləməkdən xoşladığı, tamaşa etmək üçün axın-axın meydanlara getdiyi edamlar idi.

Milli.Az teleqraf.com-a istinadən italyan cəllad Covanni Battista Buqatti haqda məlumatı təqdim edir:

Xalq edamları sadəcə əyləncə üçün izləməyə getmirdi, bunun həm də uşaqlarının tərbiyəsində əhəmiyyətli rol oynayacağını düşünürdülər. 1796-1864-cü illərdə Romada həyata keçirilən edamlardan yalnız bir nəfər məsuliyyət daşıyırdı: Covanni Battista Buqatti. Ona xalq tərəfindən "Maestro Titta" (Mastro Titta), yəni "Ustad Titta" adı verilmişdi.

Bu ad "cəllad" ifadəsinin yerini alana qədər Mastro Titta 70 il əlinə verilmiş qurbanlarını edam etdi. Bu illər ərzində 516 edam həyata keçirdi. Tittanın adı xalqın yaddaşına qazılaraq yazılmışdı, uşaq laylalarında belə adı çəkilirdi. Özündən sonrakılar da onun adıyla çağırıldı.

Mastro Titta ən qəddar işlərdən birini görsə də, həmişə peşəkar davranırdı, işini üzünü gizlədərək görürdü.

Titta bütün edam məhkumlarına son nəfəs almaq şansı verirdi və bu müddət ərzində onlardan bu sözlərlə üzr istəyirdi: "Məni burada olduğum üçün günahlandırma, ya da sən xoşbəxt ola bilərsən, çünki çox qısa çəkəcək. İşimi təmiz görəcəyəm".

Maestro Titta Sant Angelo körpüsünün o biri tərəfində yaşayırdı, qarşıya yalnız edam olanda keçirdi. Bunun səbəbi əvvəllər edam etdiyi insanların yaxınlarının hücumlarından qorunmaqdı.

Məhkumları edam etmədiyi günlərdə adi bir həyatı vardı Mastro Tittanın. Evli idi. Borqodakı evinin yanında açdığı bir dükanda arvadı ilə çətir boyayırdı. Turistlərə suvenirlər də satırdı. Bu gün də Borqodakı küçələrdən birinin adı "Ombrellari"dir, yəni "Çətir boyayan"...

Edamların reallaşdırıldığı meydana gəlmək üçün körpüdən keçmək lazım idi. Körpüdə əynində pelerina, əlində iri tiyəli balta görünəndə bütün şəhər kiminsə öz həyatını itirmək ərəfəsində olduğunu bilir və bir-birinə xəbər verirdi.

Mastro Tittanın körpüdən keçməsilə qorxan, lakin həyəcanlı insan kütləsi meydanı doldurub gözləyirdi.

Edamlarını "ədalət", məhkumları isə "xəstə" adlandıran Mastro Titta ilk edamını 1796-cı il martın 22-də həyata keçirdi. Onda hələ də edamlarda balta, toxmaq və ip kimi alətlərdən istifadə edilirdi. Gilyotindən istifadə olunmasına isə 1816-cı ildə başlanılacaqdı. Maestro Titta 70 illik cəlladlıq karyerası ərzində 516 nəfərin həyatına son qoydu. Bu, hər ilə 7 edam demək idi. Adı o qədər eşidilmişdi ki, 1845-ci il martın 8-də həyata keçirdiyi edamdan ingilis yazıçı Çarlz Dikensin "İtalyan ailəsi" əsərində bəhs edilir.

Mastro Tittanın libası və edam alətləri Via del Qonfalonedəki Kriminalogiya Muzeyində sərgilənir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR