"Arsenal" oyunçuların maaşlarını azaldacaq

"Arsenal" oyunçuların maaşlarını azaldacaq
07:32 17 Aprel 2020
180 Digər
Ölkə mətbuatı
A- A+

London "Arsenal"ı koronavirus pandemiyasına görə oyunçularla əmək haqlarının azalması haqqında razılaşmaya yaxındır.
“Report”un məlumatına görə, bu barədə “The Athletic” bildirib.
Qeyd edilir ki, oyunçuların əksəriyyəti əmək haqlarının ayda 12,5% azaldılmasına razılaşıblar. Razılaşma bu ilin aprelindən 2021-ci ilin martına qədər davam edəcək. Bu, həm də klubun Çempionlar Liqasına düşməsindən asılıdır.
Maaşlarının azaldılması təklifini rədd edən futbolçuların aqibətinin necə olacağı hələlik məlum deyil. Əgər razılaşma reallaşsa, "Arsenal" İngiltərə Premyer Liqasının maaşları azaldacaq ilk klubu olacaq.
Qeyd edilir ki, daha əvvəl oyunçular bu təşəbbüsə razılaşmaqdan imtina ediblər, amma "Arsenal”ın baş məşqçisi ispan Mikel Arteta onlar inandıra bilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/arsenal-oyuncularin-maaslarini-azaldacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR