"Facebook"da YENİLİK: Virusla bağlı yalnış məlumat əks etdirən paylaşımları bəyənsəniz...

"Facebook"da koronavirusla bağlı yalnış məlumatları əks etdirən paylaşımları bəyənən və ya paylaşan, rəy yazan istifadəçilərə xəbərdarlıq bildirişi göndəriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı "Facebook" yazılı açıqlama yayımlayıb. Tətbiq növbəti həftələrdən işə düşəcək. Açıqlamada bu istifadəçilərin Dünya Səhiyyə Təşkilatının koronavirusla bağlı doğru məlumatların yer aldığı səhifəsinə yönləndiriləcəyi qeyd edilib.

Şirkət bu addımla koronavirusla bağlı yalnış məlumatların yayılmasının qarşısını almağa çalışacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR