Xalq artistinə ağır itki -

Mahir qarmon və akkordeon ifaçısı, "Qaytağı" instrumental ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti Ənvər Hidayət oğlu Sadıqova ağır itki üz verib.

Metbuat.az baku.ws-a istinadən xəbər verir ki, musiqiçinin anası uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

85 yaşlı Tamilla Həsənbala qızı Məmmədova (21.01.1935 - 16.04.2020) sevilən pedaqoq idi. Onun ölümü barədə tanınmış teleaparıcı Hacı Nuran Hüseynov böyük kədər və üzüntü ilə məlumat verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR