Dəhşətli QƏTL: Sevgisinə qarşılıq vermədiyini üçün boğazını kəsib öldürdü -

Dəhşətli qətl hadisəsi Türkiyənin Rizə şəhərində meydana gəlib. Savaş Dalançıkar adlı 37 yaşlı şəxs 46 yaşlı Qəmzə Palanı sevgisinə qarşılıq vermədiyi səbəbindən qətlə yetirib.

Metbuat.az xəbər verir ki, cinayət qadının iş yerində baş verib. Savaş Dalançıkar əvvəlcə qadının işdən çıxmasını gözləmək üçün qarşıdakı parkda bir müddət gözləyib, bu yaxınlıqdakı təhlükəsizlik kameralarında qeyd olunub. Daha sonra özü içəri girərək əvvəlcə qadını belindən çıxardığı silahla kürəyindən vurub, daha sonra bıçaqla boğazını kəsərək öldürüb.

Qan içində yerdə qalan qadının başı üzərində gözləyən Dalançıkar hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb. Qəmzə Pala isə hadisə yerindəcə dünyasını dəyişib.


Mənbə: Hürriyet


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR