Koronavirus xəstəsinin Instagrama yüklədiyi selfini sildirdilər - FOTO

Koronavirus xəstəsinin Instagrama yüklədiyi selfini sildirdilər - FOTO
12:12 18 Aprel 2020
269 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirusdan müalicə alarkən çəkilən fotosunu sosial şəbəkədə paylaşan qız həbs olunmaqla hədələnib.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, ABŞ-ın Uiskonsın ştatında yaşayan 16 yaşlı Amyiah Cohoon adlı qız Floridada koronavirusa yoluxub.

O, xəstəxanada müalicə olunan zaman çəkilən fotosunu Instagram hesabına yükləyib və insanları evdə qalmağa səsləyib.

"Mən xəstəliyə qalib gəlsəm də, hələ də oksigen maskası vasitəsi ilə nəfəs alıram. Evdə qalın, sağlam qalın", - qız sosial şəbəkədə paylaşdığı fotosuna rəy olaraq yazıb.

Paylaşımdan bir gün sonra onun evinə polis serjantı gəlib və qızı şəkli silmədiyi təqdirdə onu həbs etməklə hədələyib. O, bildirib ki, bu barədə əmri şerif Joseph Konrath verib. Serjantın dediyinə görə qızın selfisi insanlarda panikaya səbəb olur.

Milli.Az sözügedən fotonu təqdim edir:

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR