Koronavirus pandemiyası dünyada qəhvə çatışmazlığına gətirə bilər

Koronavirus pandemiyası dünyada qəhvə çatışmazlığına gətirə bilər
17:27 18 Aprel 2020
213 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası səbəbindən qəhvə defisiti proqnozlaşdırılır. Cənubi Amerikada plantasiyalarda işçilərin çatışmazlığı yarana bilər.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, "Bloomberg" agentliyinin yazdığına görə, bankların bağlanması, iş saatının azaldılması, həmçinin hərəkətlə bağlı çətinliklər və işçilərin koronavirusa yoluxmaqdan qorxması fermalarda fəhlə çatışmazlığı sarıdan narahatlıq yaradıb. Bu, xüsusilə də Kolumbiya, Braziliya və Peruya aiddir. Belə ki, onların payına dünya üzrə istehsalın, təxminən, üçdə iki hissəsi düşür.  

İşçilər koronavirusa yoluxmaqdan qorxduqları üçün plantasiyalardan gedirlər. Onlar insanla dolu evlərdə yatırlar, bu da infeksiya riskini artırır. Bundan əlavə, qəhvə yığımı mürəkkəb hava şəraitində - qızmar günəş altında az maaşlı əl işidir. Ona görə də fəhlə çatışmazlığı Kolumbiyaya daha çox təsir edə bilər. Ona görə ki, Braziliyadan fərqli olaraq, orada qəhvə dənlərinin əl ilə yığılması daha geniş yayılıb.

Bildirilir ki, virusun mağazalarda çaxnaşmaya səbəb olduğu və məhsulların satın alındığı bir vaxtda qəhvə ehtiyatları tükənib və nəticədə məhsulun qiyməti qalxıb. Məhsul yığımı gələn ay başlanmalıdır, lakin qəhvə istehsalı bu il tələbatı ödəyə bilməyəcək, ona görə də ötən ildən qalan ehtiyatların qalıqlarından istifadə etmək lazım gələcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR