ABŞ İrana tibbi yardım göstərməyə hazır olduğunu bildirib

ABŞ İrana tibbi yardım göstərməyə hazır olduğunu bildirib
08:37 20 Aprel 2020
272 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatların hakimiyyəti orqanları süni tənəffüs aparatlarının təmin edilməsi də daxil olmaqla, yeni bir növ koronavirusun yayılmasına qarşı mübarizədə İrana kömək etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə deyib.

D.Trampın sözlərinə görə, əgər İran koronavirusla mübarizədə yardıma ehtiyac duyarsa, o bunun üçün nəsə etməyə hazır ola bilər:

"Əgər onlara kömək lazımdırsa, süni tənəffüs aparatlarına ehtiyac duyarlarsa, indi əlimizdə minlərlə aparatlar var, həmçinin istehsal prosesində olan cihazlarımız var".

İran tərəfi ABŞ-dan daha əvvəl edilən yardım təkliflərini rədd etdi. Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, Tehran "heç bir Amerika siyasətçisinin məsləhətlərini qəbul etməyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR