Azərbaycanın su ehtiyatları azaldı

Azərbaycanın su ehtiyatları azaldı
02:43 22 Aprel 2020
254 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycana çaylar vasitəsilə daxil olan suyun həcmi azalıb.

Publika.az xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.

"2019-cu ildə daxil olan suyun həcmi 2018-ci ilə nisbətən 4 milyard kubmetr az olub. Məsələn, təkcə Samur çayı üzrə illik göstərici 1,8-2 milyard kubmetrdən 800 milyon kubmetrə düşüb. Bundan başqa, Azərbaycanın göllərinin tutumu 21 milyard kubmetr olsa da, son iki ildə bu rəqəm 10 milyard kubmetrə düşüb. Ümumiyyətlə, 5 ildir ki, quraqlığa görə su qıtlığı müşahidə edilir.

Buna görə də, sudan səmərəli istifadə vacib məsələdir. Hazırda ölkədəki su ehtiyatlarının 70%-i suvarma işləri, qalan 30%-i isə məişət və su elektrik stansiyasılarında enerji əldə edilməsi üçün istifadə edilir. Bu üç istiqamətin bir-birilə uyğunlaşdırılması vacibdir" - deyə o, qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/311508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR