Masallıda 3 maşın toqquşdu: ölən və yaralananlar var

Masallıda 3 maşın toqquşdu: ölən və yaralananlar var
10:32 23 Aprel 2020
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Zaur Talıbov idarə etdiyi "Kia Sorento" markalı avtomobillə hərəkətin əks istiqamətinə çıxaraq ötmə əməliyyatı edən rayon sakini, 2001-ci il təvəllüdlü Ümid Əşrəfovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobil əks yola çıxaraq qarşı yolda hərəkətdə olan, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Toqquşma zamanı K. Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağa Alışov hadisə yerindəcə ölüb, digər sərnişinlər Tahirə Əliyeva və Hədiyyə Əliyeva ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/844359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR