Bu gün Milli Məclisdə “Sosial sığorta haqqında”, “Turizm haqqında” qanunlara dəyişikliklər müzakirə edilib

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda “Sosial sığorta haqqında”, “Turizm haqqında” qanunlara dəyişikliklər və digər məsələlər müzakirə edilib.

İclasda komitənin üzvləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.

Gündəlikdə olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və adı çəkilən qanunlara dəyişikliklər ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR