Çin xakerləri koronavirusu araşdıran mərkəzlərə kiber hücum təşkil edirlər -

Yeni növ koronavirus epidemiyası sonrasında Çin hökümətini daima "Covid-19 Vuhandakı laboratoriyadan çıxdı" deyə günahlandıran ABŞ yeni bir iddia ortaya atıb. ABŞ-ın bəzi təhlükəsizlik qurumları koronavirus epidemiyasını araşdıran qurumların Çinli xakerlər tərəfindən hədəfə alındığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, ABŞ Federal Tədqiqatlar Bürosu (FBI) və Daxili Təhlükəsizlik Nazirliyi "Covid-19" virusu üzərində peyvənd, müalicə və test araşdırmaları aparan araşdırma mərkəzlərinə bununla bağlı xəbərdarlıq edib.

Çin höküməti ilə əlaqəli olduğu düşünülən Çinli xakerlərin virus üzərində araşdırma aparan qurumları hədəf aldığı qeyd edilən xəbərdarlıqda ABŞ-lı qurumlardan məlumatlarını qorumaq üçün təhlükəsizlik tədbirləri görmələri və potensial təhdidi nəzərdə saxlamaları istənib.

Qarşıdakı günlərdə əlavə texniki detalların açıqlanacağı bildirilib.

Mənbə: The Guardian


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR