Yarıçılpaq rus qadın türkləri ayağa qaldırdı (FOTO)

Yarıçılpaq rus qadın türkləri ayağa qaldırdı (FOTO)
00:41 18 Yanvar 2015
226 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə bu gün bir qadının qışqırıq səsləri eşidənləri vahimələndirib.

ANS PRESS-in məlumatına görə, səhər tezdən səsdən oyanan sakinlər çölə çıxdıqda yarı çılpaq və qan içində olan qadınla qarşılaşıblar.

Ehtimal edilir ki, qadınla sevgilisi arasında səhər saatlarında mübahisə yaranıb. Bir müddət davam edən mübahisənin ardından adam evdən çıxaraq uzaqlaşıb. Bu arada rus əsilli olduğu bildirilən qadın özünü ikinci mərtəbədən aşağı atıb. Beton zəminə düşən qadın başından zərbə alıb.

Beldən yuxarısı çılpaq və qan içində olan qadını digər dairələrdə oturanlar sakitləşdirməyə çalışıb. Hadisə yerinə polis və həkimlər göndərilib.

Çətinliklə sakitləşdirilən qadın təcili yardımla xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.






















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR