Karantin rejimi uzadılacaq? -

“Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdirilməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Doğrudur, şənbə və bazar günlərində məhdudiyyətlər ilə bağlı təkliflər var. Amma nə sərtləşdirmə, nə də yumşalma ilə bağlı hələ ki, zəruri heç nə yoxdur”, - deyə İ.Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə vəziyyət gərgin olsa da, Azərbaycanda elə deyil:

"Bizdə vəziyyət o qədər də gərgin deyil. Vəziyyət sabit olmasa da, idarəolunandır. Yaranmış vəziyyətin daha da yumşaldılmasına ehtiyac görülmür. Yəni Operativ Qərargahın apardığı təhlillərə əsasən, ölkədə karantin qaydalarının yumşaldılması məqbul sayılmır. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə bu barədə Operativ Qərargahın qərarı olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR