Türkiyədə daha 28 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 28 nəfər koronavirusdan dünyasını dəyişib.

Mətbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 948 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4397, yoluxanlar isə 158 min 762 nəfərə çatıb.

İndiyədək 121 min 507 xəstə sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR