Bu gün Rusiyadan 175 azərbaycanlı Vətənə gətirilir

Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb.

Metbuat.az report-a istinadən xəbər verir ki, təyyarədə 175 nəfər var.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən, hazırda Rusiyada yaşayan və www.evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar edilirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR