Avtoxuliqanlar YDM əməkdaşlarını döydülər -

Tovuzda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənddə yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Zaur Əhmədov kütləvi dava zamanı döyülüb. Bu zaman məntəqədəki yeməkxana işçisi Ehtiram İsmayılov da müxtəlif bədən xəsarətləri alıb. Hadisəyə yanacaqdoldurma məntəqəsinin ərazisində və ətrafında avtoxuliqanlıq edən şəxslərə məntəqənin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən bir qrup şəxslə Zaur Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava olub. Bu zaman Ehtiram İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb. Hər iki zərərçəkən Tovuz rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR