30 yaşlı oğlan özünü 9-cu mərtəbədən atdı

Sumqayıtda intihar hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Sadiq Çingiz oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb.

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumat görə, 30 yaşlı S.Məmmədov 10 il əvvəl avtomobil qəzası keçirib və fiziki məhdudiyyətli olub. İntiharın səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR