Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin sessiyasında iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov İƏT xarici işlər nazirlərinin 27-28 may tarixlərində əl-Küveyt şəhərində keçiriləcək 42-ci sessiyasında iştirak etmək üçün Küveytə yola düşüb.

Nazirin sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az