Nazirlər Kabinetindən SƏRT AÇIQLAMA: "Karantin rejiminin yumşaldılması dayandırılır" -

“Son günlər koronavirus infeksiyasının artması müşahidə olunur. Əsas səbəb vətəndaşların karantin rejiminə əməl etməməsidir”.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə əhali qaydalara əməl etmir:

“Yenidən karantin rejiminin yumşaldılmasının dayandırılması və məhdudlaşdırmanın qoyulması məsələsi aktuallaşır”.

O əlavə edib ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 05:00-a kimi tam qapadılma, məhdudlaşdırılma ola bilər:

“Hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR