DƏHŞƏT! Ata əxlaqsız videoya görə qızını güllələdi,

18 yaşında qız atası tərəfindən öldürüldü.

Metbuat.az xəbər verir ki, Ankaranın Çubuk kəndində 51 yaşlı Harun Yıldız adlı ata videoda açıq saçıq görüntülərdə olan şəxsi 18 yaşlı qızına oxşadır. Bu səbəbdən o qızını gözdən uzaq bir yerə apararaq doqquz güllə vuraraq öldürüb. Gənc qızının yalvarışlarına da aman göstərməyən ata onun cəsədini yol qırağında buraxaraq oranı tərk edib.

Hadisədən sonra şəxsən polisə təslim olan Harun Yıldıza araşdırmanın gedişatında deyirlər ki, videoda gördüyü qız onun qızı deyilmiş.

51 yaşlı Harun Yıldızın törətdiyi qanlı cinayətə məhkəmə qiymət verəcək.
Bu hadisədən sonra sosial şəbəkələrdə qatil ata pislənib və etirazlara səbəb olub. Bir çox insan Harun Yıldızın edamını tələb edib.

Mənbə:a.haber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR