Koronavirusa yoluxan dövlət işçilərinin sayı məlum oldu

Dövlət strukturlarında koronavirusa yoluxma halları müşahidə edilir.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, infeksiyadan qorunmaq üçün bütün qurumların və siravi vətəndaşların məsuliyyəti olmalıdır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7 nəfərdə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında 19 nəfərdə, onlardan 14 nəfəri İşlər İdarəsinin əməkdaşlarıdır, FHN-də 5 nəfərdə yoluxma halı müşahidə olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR