Nəhayət, avtobuslar sərinləndi -

Kəskin istilər özünü göstərməyə başlayıb. Bununla da, ictimai nəqliyyatda, avtobuslarda nəfəs almaq çətinləşib.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, buna baxmayaraq avtobuslarda kondisionerlər qoşulmurdu. Ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib. Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.

Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunmağa başlayıb. Sürücülərdə bu qərardan razılıqlarını bildirirlər. Onların sözlərinə görə əvvəllər çox şikayətlər olurdu, ancaq indi sərnişinlər də sərinləndirmə sistemlərinin qoşulmasından xeyli məmnundurlar.

Ətraflı videonu təqdim edirik :



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR