Pakistanda qan plazması qara bazarda satışa çıxarıldı

Pakistanda koronavirusa yoluxan xəstələr üçün qaz plazması satışı 6 min manatdan başlayır.

Metbuat.az xəbər verir ki, Pakistanda 185 mindən çox koronavirusa yoluxub, 3 min 755 nəfər ölüb. Yoluxma sayının çox olması səbəbindən koronavirus müalicəsini gözləyən xəstələrə qan plazması çatışmazlığı qiymətləri 6 min manatdan başlayır.


Pakistanda epidemiyanı aradan qaldırmağa çalışarkən qan plazmasının qara bazarda satışa çıxaranlar tapılıb.

"The Guardian" ın məlumatına görə, koronavirusdan sağalmış xəstələr qan plazmasını sağalmaq istəyən xəstələrə 6 min manat dəyərində satırlar.

Koronavirusdan sağ qalanların plazması dünyada bu xəstəliyin mümkün müalicəsi olaraq istifadə olunur. Plazma virusa qarşı mübarizə aparan insanların immunitet sistemləri tərəfindən istehsal olunan antikorlar yaradır.

Artıq Paytaxt İslamabadda dövlət xəstəxanasında çalışan həkimlər xəstələr və vasitəçilər arasında qan plazması alış-verişi halları yaşanır. Adının açıqlanmasını istəməyən həkimlərdən biri "Xəstəxanalar daxil deyil, amma qarşımda razılaşmalar olduğunu gördüm. Adətən bir xəstə yoldaşı və ya ailəsi sağaldılan birinə yaxınlaşaraq qan bağışlamağı xahiş edir. Sövdələşmə baş tutduqdan sonra onlar laboratoriyaya gedib plazma verirlər'' deyib.

Həkimin sözlərinə görə 5 nəfərlik bir ailə virusa yoluxandan sonra qara bazarda plazma üçün təqribən 3.5 milyon rupi (79 min manat) pul xərcləməli olur.

Bu alış-verişdən rəsmi qurumlar xəbərdar olsa da vəziyyətə nəzarət polisin ixtiyarındadır.

Mənbə:Ensonhaber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR