Bu şəxslər 4 min manat cərimələnəcək -

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Metbuat.az xəbər verir ki, dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər şəxslər 1 500 manatdan 2 000 manatadək cərimələnir.

Qeyd edək ki, Milli Məclisin iyunun 29-da keçiriləcək iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR