"Report" xəbər verir ki, bu haqda Türkmənistan mətbuatı məlumat yayıb.
Xəbərə görə, Türkmənistan parlamenti Qazaxıstanla imzalanan uyğun razılaşmanı təsdiqləyib.
Qeyd edək ki, iki ölkə arasında razılaşma 2014-cü il noyabrın 7-də imzalanıb. İndiyədək ölkələrin parlamentləri bu sənədi təsdiqləməmişdi.
Türkmənistandan əvvəl, 2002-ci ildə Rusiya da Qazaxıstanla belə bir müqavilə bağlayıb.
Mayın 27-də isə Qazaxıstan parlamenti Türkmənistanla müqaviləni müzakirə edəcək.