Şəhid Elşad Məmmədov torpağa tapşırıldı -

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu baş əsgər Elşad Məmmədov dəfn olunub.

Baku.Tv xəbər verir ki, şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Mərasimdə deputat Qənirə Paşayeva, Müdafiə Nazirliyinin rəsmiləri, rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti də iştirak edib.

Qeyd edək ki, baş əsgər Elşad Məmmədov 1996-cı ildə anadan olub, 7 aylıq övladı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR