Ölkənin su ehtiyyatları sahəsində gərgin vəziyyət yaranıb -

Su ehtiyatlarının az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığa gətirib çıxarıb. Bu baxımdan, xüsusilə bu il ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranıb.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin lasında çıxış edən Baş Nazirin müavini Şahin Mustafayev bu barədə məlumat verib. O bildiirb ki, bu problemin həllinə nail olmaq üçün yaradılan xüsusi komissiya artıq işlərə başlayıb:

"Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuşdur və Komissiyada mütəmadi baxılır. Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Yaradılmış proqram təminatı sayəsində qrafiklər “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti əlaqələndirilmiş, “Çağrı mərkəzi” (8770) yaradılmışdır. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır."

Bununla yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib ediib. Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki göstəricilərini, bu il və növbəti ilin proqnoz göstəricilərini əks etdirir. Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi də yaradılıb. Şahin mustafayevin sözlərinə görə, hazırda içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR