“Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir”

"ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır".

Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Ceyms Qilmor deyib.

C.Qilmor bildirib: "Bu məqsədə çatmaq üçün göstərilən səylərdə fəal iştirak etməyə bundan sonra da davam edəcəyik. Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir".

ABŞ-ın daimi nümayəndəsi qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri prosesdə fəal iştirak edir:

"Dünən həmsədrlər mətbuata açıqlama verərək, o vaxtda hərbi əməliyyatların azalmasını alqışladılar və hər iki tərəfi deeskalasiyanın davam etdirməsi üçün səy göstərməyə çağırdılar. Həmsədrlər, həmçinin tərəfləri təhrikedici ritorikadan və vəziyyəti deyişmək cəhdlərindən çəkinməyə çağırıblar".(trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR