Ermənilərin azərbaycanlıların restoranına hücum görüntüləri YAYILDI -

Ermənistandan olan silahlılar Moskvanın “1001 gecə” restoranına basqın ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə “360” telekanalına Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov danışıb.

““1001 gecə” restoranı azərbaycanlıya məxsusdur. Bir azərbaycanlıya hardasa 15 erməni hücum edib”, - Hüseynov deyib.

Onun sözlərinə görə, hücum edənlər, həmçinin meyvə satıcısını döyüblər, qarpız və yemişləri onun başında sındırıblar.

REN TV-nin məlumatına görə, onların basqınından sonra kassadan təxminən 200 min rubl yoxa çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR