Bakıdan rayonlara gediş-gəlişlə bağlı

Rayonlardan Bakıya gediş-gəlişlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Operativ Qərargahın bu gün açıqladığı qərarda qeyd olunub:

"Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 2020-ci il 31 avqust saat 00:00-dək qüvvədə qalacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR