Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı

Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR