Almaniyadan Rusiyanın hazırladığı peyvəndə sərt tənqid:

Almaniya Təbiblər Birliyi sədri Klaus Reynhardt Rusiyada koronavirusa qarşı əldə edilən peyvəndin təsdiq edilməsini sərt şəkildə tənqid edib.

Metbuat.az xəbər verir ki, Reynhardt peyvəndi "yüksək riskli bir təcrübə" olaraq adlandırıb. O, bir peyvəndin təsdiq edilməsi üçün 3 mərhələdən keçməsi gərəkdiyini deyib:

"Test seriyası olmadan bir peyvəndin təsdiq edilməsinin insanlar üzərində yüksək riskli bir təcrübə olduğunu düşünürəm. Dünya Səhiyyə Təşkilarının müəyyən etdiyi kriteriyalara əməl etmədən əldə edilən peyvəndi istifadə etmək böyük məsuliyyətsizlikdir".

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin koronavirusa qarşı peyvənd hazırladıqlarını, peyvəndin bütün lazımi testlərdən keçdiyini və öz qızı üzərində də test edildiyini açıqlamışdı.

Mənbə: Sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR