Eldar Həsənov məhkəməyə gətirildi

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov məhkəməyə gətirilib.

Metbuat.az xəbər verir ki, o, istintaqın təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Qeyd edək ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR