Bu gün brifinq keçiriləcək: Karantinin sərtləşdirilməsi müzakirə ediləcək

Bu gün saat 11:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək.

Metbuat.az xəbər verir ki, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq.

Brifinqdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR