Dünya ölkələri pandemiya ilə əlaqədar məhdudiyyətləri bərpa edir

Dünyanı sarsıdan koronavirus pandemiyası sürətlə yayılmağa davam edir.

Metbuat.az xəbər verir ki, son statistikalara əsasən dünya üzərində 22 milyondan çox yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftədə ortalama gündəlik 250 mindən çox yoluxma qeydə alındığını açıqlayıb.

Yoluxma sayının sürətlə artması bəzi ölkələrdə məhdudiyyətlərin yenidən tətbiq edilməsi məsələsini gündəmə gətirib.

Belə ki, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Finlandiyada məhdudiyyətlər yenidən tətbiq edilməyə başlanılıb.
İngiltərə höküməti koronovairusun çox yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarına 14 gün məcburi karantin rejimi tətbiq etməyə başlayıb.

Fransada isə yeni növ koronavirus (COVİD-19) epidemiyasına qarşı mübarizə məqsədi ilə sentyabrın 1-dən etibarən bütün iş yerlərində maska taxmağın məcburi olacağı açıqlanıb.

Bununla yanaşı Türkiyədə də məhdudiyyətlər tətbiq ediməyə başlanılıb. Verilən qərara əsasən ölkənin bir sıra şəhərlərində 65 yaşdan yuxarı vətəndaşların çölə çıxması qadağan edilib.

Finlandiyada koronavirusla əlaqədar 10 ölkədən gələn vətəndaşlar üçün sərhəddəki məhdudiyyətləri yenidən tətbiq etmək qərarına gəlib. Məhdudiyyətlərin Danimarka, İslandiya, Norveç, Malta, Yunanıstan və Almaniyadan gələn şəxslər üçün tətbiq olunacağını, həmçinin Yaponiya, San Marino və Kipr üçün də məhdudiyyətlərin bərpa olunacağı bildirilib.

Yaponiya höküməti isə yoluxma və ölüm sayı artacağı təqdirdə məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR