Sudan qanunsuz istifadə halları aşkarlandı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin içməli su sektorunda israfçılıq və su itkilərinin qarşısının alınması barədə tapşırıqlarının icrası məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəzarət-yoxlama tədbirləri davam etdirilir. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qruplar gücləndirilmiş iş rejimində çalışaraq gün ərzində və gecə saatlarında reydlər keçirir.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, Abşeron yarımadasındakı sukanal idarələrinin xidməti ərazilərində, eyni zamanda regionlarda aparılan nəzarət tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən magistral su kəmərlərinə, paylayıcı şəbəkələrə, yanğın hidrantlarına qanunsuz müdaxilə faktları aşkarlanıb. Son bir həftə ərzində istixana, marketlər şəbəkəsi, mənzil-tikinti koopertaivləri, quşçuluq müəssisəsi, gözəllik salonları, ət kəsimi və avtoyuma məntəqələrində sudan uçotsuz istifadə və sayğacdankənar su xətlərinin çəkilməsi halları müəyyən edilib.

Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlırında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub. Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb.

Aparılan nəzarət tədbirləri çərçivəsində Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və Almarket şəbəkələrinə məxsus bir neçə mağazada, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb.

Ceyranbatan-Maştağa yüksək təzyiqli magistral su xəttinin Ramana qəsəbəsindən keçən hissəsində 110 mm diametrli borularla qeyri-qanuni xətt vasitəsilə götürülən sudan ərazidəki istixana kompleksində suvarma məqsədilə istifadə edildiyi məlum olub. Magistral xəttin Savalan yaşayış massivindən keçən hissəsində isə bir qrup şəxs kəmərə müdaxilə edərək ərazidə süni sututar yaradaraq heyvanların sulanması üçün istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR