Şamaxıda 9 yaşlı uşaq göldə batıb

Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, , hadisə rayonun Mirikənd kəndi ərazisində qeydə alınıb. Rayonun Məlcək kənd sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Əlizadə Zaur oğlu başqa uşaqlarla birgə Mirikənd kəndindəki göldə çimərkən ehtiyatsızlıq edib və suda boğularaq ölüb. Onun meyidi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR